Modern.az

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

Dünya

19 Mart 2024, 08:30

Yaponiyada işçi çatışmazlığı getdikcə daha ciddi problemə çevrilir.

 

Modern.az xəbər verir ki, əhalinin yaşlanması və doğum göstəricisinin azalması işçi qüvvəsinin azalması ilə nəticələnir. İşçi qüvvəsinin çatışmazlığı iqtisadiyyata da mənfi təsir göstərir. Bu, özünü ilk növbədə məhsulların maya dəyərinin artmasında hiss etdirir.

 

“Recruit Works” İnstitutunun araşdırmasına görə, 2040-cı ildə Yaponiyada 11 milyon nəfər işçi qıtlığı yaranacaq. 2023-cü ildə ölüm sayı (1,6 milyon nəfər) doğum göstəricisini (758 min 631 nəfər) iki dəfə üstələyib. Son iki ildə əhalinin təbii artımı 5,1 faiz azalıb.

 

Problemdən çıxış yolu kimi müəssisələr çox yaşlı insanları işə götürür. Bəzən yaşı yetmişi ötən qadınlar da işləyirlər. Hökumət taksi sürücülərinin təqaüd yaşını 75-dən 80-ə qaldırmaq istəyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir