Modern.az

Putin İrəvanda məğlub oldu - Cəmi 33 faiz...

Putin İrəvanda məğlub oldu - Cəmi 33 faiz...

19 Mart 2024, 10:01

Rusiyada bazar günü başa çatan prezident seçkilərində Vladimir Putin 87,28 faiz səs toplayıb. Digər namizədlər - Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutskinin isə 3,20 faiz səs toplamağı bacarıblar.

 

Modern.az-ın məlumatına görə, səsvermə ölkə xaricində də təşkil olunub. Məlumata görə, Rusiyadan xaricdə 372 min insan səsvermədə iştirak edib. 

 

Ermənistanda da səsvermə təşkil edilib, bu ölkədə yaşayan ruslar Gümrü (8031) və İrəvan (8026) şəhərlərində səs verib.


Məlumata görə, Putin İrəvanda 32,87 faiz səs toplayaraq məğlub olub. Burada “Yeni Xalq” partiyasından Vladislav Davankov 49,85 faiz səs toplayaraq qalib gəlib, Gümrüdə isə Putin 58,14 faiz səslə liderdir.

 

Gümrüdə Kommunist Partiyasından Nikolay Xaritonov 2,20 faiz və ya 29 səs, “Yeni Xalq” partiyasından Vladislav Davankov 30,66 faiz və ya 405 səs, Liberal Demokrat Partiyasından Leonid Slutski 2,42 faiz və ya 32 səs toplayıb. Vladimir Putin 58,14 faiz və ya 768 səs qazanıb.

 

Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir və bu hərbi bazada cəmi üç seçki məntəqəsi fəaliyyət göstərib.

 

Qeyd edək ki, İrəvanda minlərlə vətəndaş "Putinsiz günorta" aksiyasında iştirak edib, seçki məntəqələri qarşısında uzun növbələr yaranıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir