Modern.az

Gürcüstanda "LGBT təbliğatına qarşı" qanun layihəsi müzakirə ediləcək

Gürcüstanda

Dünya

19 Mart 2024, 10:40

Gürcüstanda hakim "Gürcü Arzusu" Partiyası bu həftə parlamentə "LGBT təbliğatına qarşı" qanun layihəsi təqdim edəcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.

 

“Biz həm BMT-nin İnkişaf Fondunu, həm də digər donor təşkilatları əslində nəyi maliyyələşdirdiklərini anlamağa çağırırıq. Bu, azlıqların hüquqlarını LGBT təbliğatının zərərli təsirləri ilə qarışdırmamaq üçündür”, - o bəyan edib.

 

Əvvəllər o, bunun yalnız “qeyri-ənənəvi dəyərlərin” təbliği ilə bağlı olduğunu, həyat tərzi və insan haqları ilə bağlı olmadığını söyləyib.

 

Sənədin konkret müddəaları hələlik məlum deyil, lakin media dərhal paralellər apararaq, söhbətin Rusiya qanununa bənzər başqa bir qanundan getdiyini irəli sürüb. Bir il əvvəl “Gürcü Arzusu” parlamentdə “xarici agentlər haqqında” qanun qəbul etməyə çalışsa da, sonda kütləvi etirazlar fonunda bu ideyadan vaz keçmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir