Modern.az

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Dünya

19 Mart 2024, 11:04

Dünya Bankı Misirə növbəti üç il üçün 6 milyard dollar həcmində maliyyə yardımı göstərəcək.

 

Modern.az Bloomberg agentliyinə istinadla xəbər verir ki, Dünya Bankı Misir hökuməti tərəfindən həyata keçirilən iqtisadi islahat proqramını dəstəkləmək üçün 3 milyard, özəl sektoru gücləndirmək üçün də 3 milyard dollar ayıracaq. Bank sərmayələr üçün zəruri resurs və vəsaitləri səfərbər etmək niyyətindədir.

 

Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Məşət bildirib ki, Dünya Bankının Qahirə ilə uzunmüddətli strateji tərəfdaşlıq öhdəliyi çərçivəsində ayıracağı maliyyələşdirmə paketi ölkənin iqtisadi və inklüziv bərpasına dəstək olacaq.

 

Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı da Misirə təxminən 7,4 milyard avro yardım ayıracağını bəyan edib. Vəsaitin 5 milyard avrosu güzəştli kredit, 1,8 milyardı investisiya və daha 600 milyonu qrant şəklində veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü