Modern.az

Paşinyan Putinə cansağlığı arzuladı - Təbrik məktubu

Paşinyan Putinə cansağlığı arzuladı - Təbrik məktubu

Dünya

19 Mart 2024, 12:24

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putini yenidən Rusiya prezidenti olması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Ermənistanın baş naziri təbrik məktubunun mətnində qeyd edib ki, o, “Ermənistan və Rusiya xalqlarının rifahı naminə ikitərəfli maraq doğuran bütün sahələrdə dialoqun inkişafına” ümid edir.

 

Paşinyan həmçinin Putinə cansağlığı, xoşbəxtlik və gələcək uğurlar arzulayıb.

 

Qeyd edək ki, bundan əvvəl sabiq Ermənistan prezidenti Serj Sarkisyan da Putinə təbrik yollamışdı. Seçkilər 15-17 mart tarixlərində keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir