Modern.az

Qafqazda sabitlik Avro-Atlantik təhlükəsizlik üçün vacibdir - Stoltenberq

Qafqazda sabitlik Avro-Atlantik təhlükəsizlik üçün vacibdir - Stoltenberq

Dünya

19 Mart 2024, 14:26

"NATO Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və dinc istəklərini dəstəkləyir".

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra birgə mətbuat konfransında deyib.

 

Görüş zamanı tərəflər Cənubi Qafqazda sabitliyin vacibliyini müzakirə ediblər.

 

“Bu, Avro-Atlantik təhlükəsizlik üçün vacibdir, çünki biz daha təhlükəli dünya ilə üz-üzəyik. Bu gün Ermənistan və Azərbaycanın uzun illər davam edən münaqişələrdən sonra davamlı sülh əldə etmək şansı var. Buna görə də mən hər iki ölkəni münasibətlərin normallaşmasına və xalqlarınız üçün davamlı sülhə yol açacaq razılaşma əldə etməyə çağırıram. NATO Ermənistanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də sizin sülhsevər arzularınızı dəstəkləyir”, - Stoltenberq bildirib.

 

O, Ermənistanın çoxdan NATO-nun tərəfdaşı olduğunu vurğulayıb. NATO-nun baş katibi Ermənistanın NATO missiyalarına və əməliyyatlarına verdiyi töhfəni alqışlayıb və müsbət qiymətləndirib. Stoltenberq əlavə edib ki, Ermənistan 20 ilə yaxındır ki, NATO-nun KFOR sülhməramlı missiyasının ən mühüm tərəfdaşlarından biri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü