Modern.az

Boreldən dondurulmuş Rusiya aktivləri ilə bağlı TƏKLİF

Boreldən dondurulmuş Rusiya aktivləri ilə bağlı TƏKLİF

Dünya

19 Mart 2024, 15:24

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-ni Ukrayna üçün silahlara xərcləməyi təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, bu vəsait Avropa Sülh Fondu çərçivəsində istifadə oluna bilər. Borel Ukraynanın müdafiə sənayesinin potensialını artırmaq üçün istifadə ediləcək qalan 10%-ni Aİ büdcəsinə köçürməyi təklif edib.

 

Ali nümayəndə bu təklifi 21-22 martda keçiriləcək Aİ sammitindən əvvəl üzv dövlətlərə təqdim edəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir