Modern.az

Moskvadakı terroru bu qruplaşma TÖRƏDİB

Moskvadakı terroru bu qruplaşma TÖRƏDİB

Dünya

23 Mart 2024, 08:07

Rusiyada baş verən terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə terrorçulara məxsus "Amaq" agentliyi teleqram kanallarında məlumat yayıb.

 

İŞİD üzvlərinin Moskvada yüzlərlə insanı öldürdüyünü və yaralandığını, hücumda iştirak edən şəxslərin öz bazalarına təhlükəsiz şəkildə geri çəkildiyini iddia edib.

 

ABŞ rəsmisi cümə günü bildirib ki, Vaşinqton İŞİD-in terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyən kəşfiyyat məlumatlarına malikdir. Bundan əlavə, rəsmi Vaşinqtonun son həftələrdə Moskvaya hücum ehtimalı barədə xəbərdarlıq etdiyi diqqətə çatdırılıb.

 

Rusiya hələ ki terrora görə kimin məsuliyyət daşıdığını rəsməm açıqlamayıb.

 

Qeyd edək ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da konsert başlamazdan əvvəl bir qrup naməlum şəxs atəş açıb. Konsert zalının binasında yanğın başlayıb və partlayışlar baş verib. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. Son məlumatlara görə, terror aktı nəticəsində 60-dan çox insan həlak olub, 145-dən çox insan isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir