Modern.az

Tokayev Putinlə telefonla danışdı

Tokayev Putinlə telefonla danışdı

Dünya

23 Mart 2024, 17:13

Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Prezident Kasım-Jomart Tokayev bütün qazaxıstanlılar adından Moskva vilayətindəki terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Vladimir Putinə və qardaş Rusiya xalqına dərin hüznlə başsağlığı verib.

 

Dövlət başçısı dinc vətəndaşlara qarşı qəddar zorakılıq aktını qətiyyətlə pisləyib və terrorizmə qarşı mübarizə məsələlərində Rusiya ilə həmrəyliyini bir daha təsdiqləyib.

 

Öz növbəsində Vladimir Putin dəstək sözlərinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir