Modern.az

Rusiyada ölüm hökmü bərpa edilir?

Rusiyada ölüm hökmü bərpa edilir?

Dünya

23 Mart 2024, 20:20

Rusiya Dövlət Dumasının işğal altındakı Krımdan olan deputatı Mixail Şeremet terrorçuluqda təqsirli bilinənlər üçün ölüm hökmünün tətbiqi məsələsi ilə çıxış etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə o, RİA agentliyinə açıqlama verib.

 

Şeremetin sözlərinə görə, “Crocus City Holl”da baş verən terror aktından sonra hüquqi bazaya yenidən baxmaq lazımdır.

 

“Mən ölkəmizdə qanunvericilik səviyyəsində terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə görə ölüm hökmünün müəyyən edilməsi məsələsinə təşəbbüs  göstərmək niyyətindəyəm”, - o qeyd edib.

 

Bu açıqlamaya cavab olaraq “Vahid Rusiya” fraksiyasının lideri Vladimir Vasilev bildirib ki, hakimiyyət ictimaiyyətin gözləntilərini doğruldan qərar verəcək.

 

Vasilev Dövlət Dumasının növbəti plenar iclasının dünənki terror aktına həsr olunacağını söyləyib.

 

“Bu gün ölüm hökmü ilə bağlı çoxlu suallar var, bu mövzu mütləq dərindən, peşəkarcasına və mənalı şəkildə öyrəniləcəkdir. Və cəmiyyətimizin əhval-ruhiyyəsinə, gözləntilərinə uyğun qərar veriləcək”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, ötən axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir