Modern.az

Miqrantları daşıyan qayıq BATDI

Miqrantları daşıyan qayıq BATDI

Dünya

24 Mart 2024, 08:36

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantların olduğu kiçik qayıq batıb.

 

Modern.az xəbər verir ki, Tunisin Sfax şəhərindən yola çıxan 7 metr uzunluğundakı qayıqda olan 11-i qadın və 3-ü azyaşlı olmaqla, 44 miqrant “Mare Go” humanitar gəmisi tərəfindən xilas edilib. Bir azyaşlının itkin düşdüyü bildirilir. Qayığın batdığı ərazidə axtarışlar aparılır.

 

Mühacirlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri vasitəsilə Lampeduza adasındakı miqrant düşərgəsinə gətirilib. Onlar Burkina-Faso, Qvineya Konakri, Mali və Seneqal vətəndaşlarıdır.

 

Gecə yarısından bəri adaya, ümumilikdə, 620 mühacirin qəbul edildiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir