Modern.az

ABŞ husilərə məxsus 6 PUA-nı MƏHV ETDİ

ABŞ husilərə məxsus 6 PUA-nı MƏHV ETDİ

Dünya

24 Mart 2024, 10:08

Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

 

"ABŞ-nin Hərbi Qüvvələri Qırmızı dənizin cənubunda husilərin 6 pilotsuz uçuş aparatına hücum edib. Onlardan beşi Qırmızı dənizə, biri isə Yəməndə husilərin nəzarətində olan ərazilərə düşüb", - komandanlığın “X”dəki səhifəsində yayımlanan bəyanatda deyilir.

 

Husilərin beş gəmi əleyhinə ballistik raket buraxdığı qeyd edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir