Modern.az

Paşinyanın komandasında PARÇALANMA

Paşinyanın komandasında PARÇALANMA

Dünya

26 Mart 2024, 12:40

Ermənistan Baş naziri Nikol Paşinyanın komandasında birlik pozulub.

 

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

 

Bildirilir ki, daxili və xarici siyasi məsələlərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın üzvləri onun fikrini bir nəfər kimi təkrarlasa da, partiyada əvvəlki birlik yoxdur. 

 

Nəşrin mənbələrinin sözlərinə görə, hakim komanda daxilində 2 əks qütb yaranıb - Nikolçular və Qriqoryançılar. 

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmişə güclü qərbpərəstlik nümayiş etdirir, Rusiya əleyhinə bəyanatlar verir. Buna baxmayaraq, o, Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd olmaq ərizəsinin müzakirəsi zamanı Paşinyanın istəyinə qarşı çıxıb və mövqeyi ilə hakim partiyanın üzvlərini təəccübləndirib.

 

Qriqoryan müzakirələr zamanı Rusiya Federasiyası ilə bağlı müsbət mövqe bildirməsə də, Ermənistanın Rusiya Federasiyasından asılılığının və Moskvadan uzaqlaşmanın mənfi nəticələri olacağını düşünür.

 

"Qriqoryan belə mövqenin tərəfdarıdır ki, Ermənistanın inkişafı regional formatda mümkündür və burada Rusiyanın mühüm rolu var. İstisna deyil ki, iqtidar öz reytinqinin aşağı düşdüyünü anlayaraq növbəti seçkilərdə komanda daxilində “müxalifət” qüvvəsi formalaşdırmağa çalışır”, - məqalədə deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir