Modern.az

Bişkekdə fövqəladə VƏZİYYƏT

Bişkekdə fövqəladə VƏZİYYƏT

Dünya

28 Mart 2024, 22:39

Qırğızıstanın paytaxtı Bişkek şəhərində fövqəladə vəziyyət elan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər meri İsaak Cunuşəliyev məlumat verib.

 

Məlumata görə, bütün şəhər xidmətləri gücləndirilmiş rejimə keçib.

 

Qeyd edək ki, bu gün, martın 28-də yerli vaxtla saat 16:20-də Bişkek və Çu vadisində sürəti 18-26 m/s olan güclü külək əsib.

 

Respublika Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, paytaxtda yol polisi və Fövqəladə Hallar Nazirliyinin özünün də daxil olmaqla 3 inzibati binasının, həmçinin 25 yaşayış binasının dam örtüyü uçub.

 

Bişkek Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, külək nəticəsində iki nəfər xəsarət alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir