Modern.az

Simonyan Sahibə Qafarova ilə görüşündən danışdı: Mayın ortalarında...

Simonyan Sahibə Qafarova ilə görüşündən danışdı: Mayın ortalarında...

Dünya

28 Mart 2024, 22:44

Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündən danışıb.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, o, parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edildiyini bildirib.

 

Simonyan deyib ki, ilkin razılığa əsasən, növbəti görüş mayın ortalarında baş tutacaq.

 

Xatırladaq ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

 

Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib

 

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü