Modern.az

ABŞ nümayəndələri F-16 üçün Türkiyəyə gəlir

ABŞ nümayəndələri F-16 üçün Türkiyəyə gəlir

Dünya

28 Mart 2024, 23:22

ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti martın 29-da Ankaraya səfər edəcək və Türkiyə Milli Müdafiə Nazirliyində danışıqlar aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, milli müdafiə naziri Yaşar Güler Amerika nümayəndə heyətini qəbul edəcək.

 

Danışıqların gündəliyində Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” hərbi təyyarələri parkının tədarükü və modernləşdirilməsi yer alıb.

 

Bundan əlavə, Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

 

"Türkiyə tərəfi ABŞ Konqresinin gündəliyində yer alan silah tədarükü layihələri fonunda Ankaranın milli təhlükəsizlik sahədə prioritetlərini Vaşinqtonun diqqətinə çatdırmağı planlaşdırır", - deyə rəsmi məlumatda qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü