Modern.az

Zelenskidən ABŞ Konqresinə ÇAĞIRIŞ

Zelenskidən ABŞ Konqresinə ÇAĞIRIŞ

Dünya

29 Mart 2024, 10:54

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresinə ölkəyə yardımı təsdiqləməklə bağlı çağırış edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla telefon danışığında amerikalı siyasətçini Ukraynaya yeni hərbi yardım paketini tez bir zamanda təsdiqləməyə çağırıb.

 

Zelenski spikerə döyüş meydanındakı vəziyyət, xüsusən də Rusiya hava terrorunun kəskin artması haqqında məlumat verib.

 

Xatırladaq ki, ABŞ Senatı Ukrayna, İsrail və Tayvana təxminən 89 milyard avro dəyərində yardım paketini təsdiqləyib. Bununla belə, bu paket əksəriyyətin Respublikaçılara məxsus olduğu Nümayəndələr Palatasında səsvermədən keçə bilmir, onlar bunun müqabilində ABŞ-ın Meksika ilə sərhədində sərhəd nəzarətinin gücləndirilməsini tələb edirlər.

 

Zelenski "CBS News" telekanalına müsahibəsində deyib ki, Rusiya qoşunları mayın sonunda və ya iyunun sonunda Ukraynada yeni kütləvi hücuma keçə bilər. Bu təhlükənin qarşısını almaq üçün o, "indi köməyə ehtiyacımız var" söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir