Modern.az

Azercell gənclərin inkişafını dəstəkləməyə davam edir

Azercell gənclərin inkişafını dəstəkləməyə davam edir

Dünya

29 Mart 2024, 17:18

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin "Novruz kamp"-ı təşkil olunub

 

23-26.03.2024-cü il tarixlərində Şəmkir rayon, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib. İntensiv kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər. Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil etmiş məzunların iştirakı ilə keçib.

 

İnformatika fənni üzrə olimpiadalara hazırlıq prosesi Azercell-in dəstəyi ilə həyata keçirilir. “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü