Modern.az

"Wizz Air" Gürcüstandan Avropaya uçuşları azaldıb

Dünya

29 Mart 2024, 17:36

Macarıstanın aşağı büdcəli aviaşirkəti "Wizz Air" Gürcüstandan Avropaya uçuşları azaldıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki,  Kutaisidən Hamburq, Madrid və Tallinnə uçuşlar 2024-cü ilin oktyabr ayına qədər aviaşirkətin saytında mövcud deyil.

 

"Wizz Air" həmçinin Kutaisidən İspaniya, İtaliya və Yunanıstanın müxtəlif şəhərlərinə uçuşları ləğv edib. Məlumata görə, Kutaisi ilə Milan arasında uçuşlar həftədə 4 deyil, 2 dəfə yerinə yetiriləcək.

 

Bir neçə ay əvvəl aviaşirkət Kutaisidən Polşanın Qdansk və Vroslav şəhərlərinə uçuşları dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir