Modern.az

Belçikadan Ukraynaya 100 milyon avro YARDIM

Belçikadan Ukraynaya 100 milyon avro YARDIM

Dünya

29 Mart 2024, 22:27

Belçika Nazirlər Şurası Ukraynaya F-16 qırıcılarının saxlanması üçün 100 milyon avro ayrılmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder məlumat verib. 

 

Krallıq, həmçinin ukraynalı mütəxəssislərə qırıcı təyyarələrə qulluq etmək üçün təlim keçməyə başlayıb.

 

Qeyd edək ki, Belçika Kiyevi qırıcı təyyarələrlə təmin etmək üçün 13 ölkədən ibarət koalisiyaya daxildir. Koalisiyaya Niderland, Danimarka və ABŞ rəhbərlik edir.

 

"Biz artıq Ukraynalı texniki mütəxəssislərə F-16 donanmasının istismarı üzrə təlimlər keçməyə başlamışıq" , - xanım nazir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir