Modern.az

Onların artilleriyası bizdən 6 dəfə güclüdür - Ukrayna generalı

Onların artilleriyası bizdən 6 dəfə güclüdür - Ukrayna generalı

Dünya

29 Mart 2024, 22:44

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Rusiya ordusunun artilleriyada Ukrayna ordusundan 6 qat üstünlüyünə malik olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Ukrinform”a müsahibəsində danışıb.

 

Sırski əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayı da Ukraynanın şəxsi heyətindən çoxdur.

 

“Etiraf etmək lazımdır ki, müəyyən sahələrdə hazırkı vəziyyət gərgindir. Rusiya səylərini daha da artırır və şəxsi heyətdə say üstünlüyünə malikdir" , - general vurğulayıb.

 

O əlavə edib ki, Rusiya ordusu son aylarda aviasiya gücünü artırıb, həmçinin artilleriya və minaatan silahlarından daha fəal istifadə etməyə başlayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrdə öz üstünlüklərindən istifadə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir