Modern.az

Vahan Kostanyan Səudiyyədə nələrin müzakirəsini aparıb?

Vahan Kostanyan Səudiyyədə nələrin müzakirəsini aparıb?

Dünya

18 Aprel 2024, 12:45

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində nazir müavini Vahan Kostanyan Ər-Riyadda Səudiyyə Ərəbistanının informasiya texnologiyaları nazirinin müavini Əhməd Əl-Sayan ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları və perspektivləri ətraflı müzakirə edilib.

 

"İki ölkənin bu sahədə eyni prioritetləri bölüşdüyünü bildirən həmsöhbətlər qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini qeyd ediblər və müvafiq strukturlar arasında əlaqələrin inkişafına kömək etmək barədə razılığa gəliblər", - məlumatda deyilir.

 

"Səudiyyə tərəfinin rəqəmsal idarəetmə və süni intellektin tətbiqi sahəsində uğurlarını nəzərə alaraq, həmsöhbətlər toplanmış təcrübə mübadiləsi və sənayenin aparıcı şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəliblər", - deyə qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü