Modern.az

Yunanıstan və İspaniya Ukraynaya HHM sistemləri verəcək?

Yunanıstan və İspaniya Ukraynaya HHM sistemləri verəcək?

Dünya

22 Aprel 2024, 10:05

Yunanıstan və İspaniya Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün təzyiq altındadır.

 

Modern.az xəbər verir ki, bunu "Financial Times" nəşri yazıb.

 

Qəzet yazır ki, Yunanıstan və İspaniya Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün Aİ və NATO müttəfiqləri tərəfindən güclü təzyiq altındadır. Bu ay Kiyev Qərb müttəfiqlərindən əlavə 7 ədəd "Patriot" hava hücumundan müdafiə sistemi təqdim etməyi xahiş edib. Ancaq indiyə qədər yalnız Almaniya bir sistemin çatdırılmasını elan edib.

 

Aİ-nin digər liderləri keçən həftə Brüssel sammitindən istifadə edərək İspaniya və Yunanıstanın baş nazirləri Pedro Sançes və Kiriakos Mitsotakisi öz sistemlərinin bir hissəsini Ukraynaya təhvil verməyə çağırıblar. Nəşr qeyd edir ki, ordularında 10-dan çox “Patriot” sistemləri, eləcə də S-300 kimi digər sistemlər olan iki ölkənin liderlərinə ehtiyaclarının Ukraynadakı qədər böyük olmadığı və təhlükə ilə qarşılaşmadıqları bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!