Modern.az

Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır

Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır

22 Aprel 2024, 14:15

Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Anjey Duda deyib.

 

“Rusiya getdikcə Kalininqrad bölgəsini hərbiləşdirir. Bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb. Əgər müttəfiqlərimiz tərəfindən NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün ərazimizdə Nüvə Paylaşımı çərçivəsində nüvə silahı yerləşdirmək qərarı olsa, biz buna hazırıq”, - deyə Duda bildirib.

 

O qeyd edib ki, Amerika nüvə silahlarının Polşada yerləşdirilməsi uzun müddətdir ki, Vaşinqtonla danışıqların mövzusu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok