Baş nazir Əli Əsədov Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin maaşlarının artırılmasına dair qərar imzalayıb.
Modern.az xəbər verir ki, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq edilib.
Sözügedən qərarla büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləğində dəyişiklik edilib.