ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Leonu tənqid edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vens Papanı "teoloji məsələlər"lə bağlı açıqlamalarında daha diqqətli olmağa çağırıb. O, Vatikan liderinin əsas işinin "İncili təbliğ etmək" olduğunu qeyd edib.
Vitse-prezident həmçinin əlavə etdi ki, katolik ruhanilərinin Trampı immiqrasiya siyasəti ilə bağlı "amansız" tənqid etməsindən narazıdır.