Modern.az

"Biz gizli işsizliyi təşviq edirik"- Gənclər niyə Bakıya axın edir?

"Biz gizli işsizliyi təşviq edirik"- Gənclər niyə Bakıya axın edir?

Ölkə

15 Aprel 2026, 22:04

"Biz gizli işsizliyi təşviq edirik".

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verlişində deyib. Onun sözlərinə görə, Bakıya üz tutan gənc məcburi şəkildə günəmuzd fəaliyyətlə məşğul olur:

"Bu gənc bir müddət sonra regiona qayıdanda zamanında qazandığı vərdişləri itirdiyindən işsiz insanların sayı artır. Bakı 2 milyon yarım insana hesablanıb. Bu gün insanların sayı burada artır".

Millət vəkili müsahibə zamanı aparıcılar - Aysel Məmmədli və Aydın İsmayılovun regionlarda iş yerlərinin artırılması üçün nə etməli və gənclərin Bakıya axınının əsas səbəbləri ilə bağlı suallar veriblər. Daha ətraflı videomaterialda:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi