Modern.az

İnternetə girmək üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

İnternetə girmək üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

Dünya

Bu gün, 18:00

Avropa İttifaqında internet istifadəçilərinin yaşını yoxlamaq üçün yeni tətbiq hazırlanıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ursula von der Leyen məlumat verib.

Onun sözlərinə görə, tətbiq yaxın vaxtlarda istifadəyə veriləcək.

Bildirilib ki, tətbiq həm mobil telefonlar, həm də kompüterlər üçün əlçatan olacaq. Texnologiya baxımından isə bu sistem Avropa İttifaqında COVID-19 pandemiyası dövründə vaksinasiya statusunun yoxlanılması üçün istifadə edilən xidmətə bənzər olacaq.

Məlumata görə, yaşın təsdiqlənməsi üçün istifadəçilərdən pasport və ya digər şəxsiyyəti təsdiq edən sənədin yüklənməsi tələb olunacaq.

“Uşaqlarımızı onlayn mühitdə də real həyatda qoruduğumuz kimi qorumaq bizim borcumuzdur. Bunun effektiv olması üçün isə vahid Avropa yanaşmasına ehtiyac var”, - deyə Ursula fon der Leyen bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi