Ukrayna Prezidenti Volodimir Zelenski qlobal təhlükəsizlik və enerji marşrutları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Modern.az xəbər verir ki, Zelenski Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə toxunub.
O bildirib ki, boğazın bağlanması beynəlxalq ticarət üçün ciddi risklər yaradır və Ukrayna bu marşrutun açılması üçün dəstək verməyə hazırdır:
“Hörmüz boğazı bağlanıb və biz onu açmaq istəyirik. Qara dənizi blokada etmək təcrübəmiz artıq var. Bu məsələdə ABŞ tərəfindən hələlik konkret müraciət daxil olmayıb. Vaşinqtonun diqqəti əsasən İranla əlaqələrə yönəlib, onların Ukrayna üçün vaxtları yoxdur".
Ukrayna lideri Yaxın Şərqdə mümkün hərbi gərginliyin ölkəsinin müdafiə imkanlarına təsirindən də narahatlığını ifadə edib:
"İranla bağlı müharibə ssenarisi beynəlxalq səyləri zəiflədə və Ukraynaya silah tədarükünü azalda bilər. Xüsusilə Patriot zenit-raket sistemi çatışmazlığı var. Əgər müharibə daha uzun sürərsə, Ukraynanın daha az silahı olacaq. İndi belə bir çətinliyimiz var, ümid edirik daha pis olmayacaq”.