Modern.az

Çexiya Rusiyadakı səfirini GERİ ÇAĞIRDI

Çexiya Rusiyadakı səfirini GERİ ÇAĞIRDI

Dünya

5 May 2024, 16:31

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “CTK” agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

Nazirlik agentliyin müvafiq sualını cavablandıraraq bildirib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək.

 

Çexiyanın xarici işlər naziri Yan Lipavski bundan əvvəl Moskvada görülən işlərə görə ona minnətdarlığını bildirmişdi.

 

Pivonka Praqaya getdikdən sonra Çexiyanın Rusiya Federasiyasındakı səfirliyinə faktiki olaraq müvəqqəti işlər vəkili Yan Ondrjeyka rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi