Modern.az

ABŞ Dövlət Departamentindən səfirin Şuşa səfərinə REAKSİYA

ABŞ Dövlət Departamentindən səfirin Şuşa səfərinə REAKSİYA

Dünya

7 May 2024, 11:08

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etəsi Ermənistanda və rəsmi İrəvanın havadarlarında qıcıq yaradıb.

Modern.az xəbər verir ki, mövzu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin Vaşinqtonda keçirdiyi brifinqdə də ortaya atılıb. Dövlət Departamentinin rəsmisi səfir Mark Libbinin Qarabağa səfərini şərh etmək istəməyib.

“Mənim bu məsələ ilə bağlı heç bir şərhim yoxdur” deyən Miller ənənəvi brifinqdə jurnalistin müvafiq sualını cavablandırıb.

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mayın 10-da Almatıda gözlənilən görüşünə gəlincə, Dövlət Departamentinin nümayəndəsi bu mövzunu da şərh etməkdən imtina edərək, ABŞ-ın bundan heç bir gözləntisinin olmadığını açıqlayıb.

Xatırladırıq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü mayın 10-da Almatıda baş tutacaq. Qazaxıstanda iki ölkə arasında danışıqların aparılması ideyası bu ölkənin prezidenti Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfəri zamanı irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi