"Tavuşdakı sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır".
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Bu gün Ermənistanda baş verənlər təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır, çünki əvvəlki təminatlar nəticə vermədi”, - Paşinyan qeyd edib.
O, bu təminatları gücləndirmək və bu sütunların sayını artırmaq üçün əlindən gələni edəcəyinə söz verib.