Modern.az

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının hüquqi statusu qüvvəyə mindi

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının hüquqi statusu qüvvəyə mindi

Dünya

7 May 2024, 13:16

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının (EUMA) hüquqi statusu ilə bağlı saziş qüvvəyə minib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının "X" hesabında məlumat verilib.

 

“Ratifikasiyanın yekun mərhələləri başa çatdıqdan sonra Aİ və Ermənistan Respublikası arasında EUMA-nın statusu haqqında Saziş – SOMA artıq qüvvəyə minib”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, EUMA-nın hüquqi statusu ilə bağlı saziş ötən ilin noyabrında imzalanıb. Missiya iki illik mandatla 20 fevral 2023-cü ildə Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. Silahsız, mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) Missiyası və Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca təhlükəsizlik vəziyyətini müşahidə edir və hesabat verir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi