Modern.az

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Dünya

7 May 2024, 15:28

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.

 

"Fransa diplomatik kanalların növbəti dəfə məlumatı manipulyasiya etmək və qorxutmaq üçün sui-istifadə olunuduğunu qeydə alıb", - Fransa Xarici İşlər Nazirliyi bildirib.

 

XİN əlavə edib ki, "Rusiya Nazirliyi növbəti dəfə öz öhdəliklərindən imtina edib, Qərb ölkələrini Rusiyanı təhdid etməkdə ittiham etməyə çalışır, iki ildən artıqdır ki, Ukraynada işğalçılıq müharibəsi aparır... və öz aqressiv siyasətini davam etdirir. Avropa ölkələrində sabitliyi pozmağa yönəlmiş manevrlər edir, xüsusən kiberhücumlar və hibrid hərəkətlər vasitəsilə", XİN bildirib.

 

Xatırladaq ki, bir gün əvvəl Fransa səfiri Rusiya XİN-ə çağırılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi