Modern.az

Çin və Macarıstanın əməkdaşlığı nəyə HESABLANIB?

Çin və Macarıstanın əməkdaşlığı nəyə HESABLANIB?

Dünya

10 May 2024, 10:13

Çin və Macarıstan əməkdaşlığı genişləndirir, lakin detalları açıqlamır.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Çin sədri Si Tsinpin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqlar aparıb. 

 

O, Avropa turnesini Macarıstanda davam etdirib. Siyasətçilər iki ölkə arasında “hərtərəfli strateji tərəfdaşlıq” haqqında razılığa gəliblər və “çoxsaylı hökumətlərarası sazişlərin” imzalandığını bəyan ediblər.

 

Qeyd olunub ki, bu "hərtərəfli strateji tərəfdaşlığın" konturları kifayət qədər qeyri-müəyyən olaraq qalır. Orban bəyan edib ki, iki ölkə gələcəkdə nüvə sənayesində əməkdaşlıq etmək istəyir. Pekin Budapeşt ilə Belqrad arasında Çin kreditləri hesabına maliyyələşən 350 kilometrlik dəmir yolu xətti çəkir, Macarıstanın özündə isə elektromobillər və akkumulyatorlar istehsalı üçün böyük zavodlar fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ