Modern.az

NATO yüzlərlə hərbçi ilə təlimlərə başladı 

NATO yüzlərlə hərbçi ilə təlimlərə başladı 

25 May 2024, 00:33

Mayın 24-dən 28-dək Rumıniyanın Qalatsi bölgəsində keçiriləcək “Dacian Strike 24” (DAST24) hərbi təliminə start verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Təlimdə Rumıniya və digər NATO ölkələrindən təxminən 500 hərbçi iştirak edir.

 

ABŞ, Fransa, Rumıniya Hərbi Hava Qüvvələri və Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri “Eurofighter Typhoon” təyyarələri ilə manevrlər edib.

 

Qeyd edək ki, DAST24 birgə komandanlıq təlimi Rumıniya ilə yanaşı Bolqarıstanda da keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?