Modern.az

Ermənistanda şəhəri su basdı -  232 nəfər təxliyə edildi

Ermənistanda şəhəri su basdı -  232 nəfər təxliyə edildi

Dünya

26 May 2024, 13:40

Ermənistanda xilasedicilər ölkənin şimalında su basmış ərazilərdən 232 nəfəri təxliyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, hazırda bir ölüm faktı məlumdur. Hadisə yerində 320-dən çox xilasedicisi işləyir. Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb.

 

Yüzlərlə sakinin evi su altında qalıb, Gürcüstana gedən dövlətlərarası yol da bağlanıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə vəziyyəti idarə etmək üçün operativ qərargah yaradılıb.

 

Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb. İlkin məlumata görə, qısaqapanma nəticəsində partlayış baş verib.

 

***

11:20

 

Ermənistan Daxili İşlər Nazirliyi Debed çayında daşqın nəticəsində baş vermiş hadisələrlə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, daşqın nəticəsində Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi uçub, Ayrum stansiyası yaxınlığındakı küçədə bir sıra evləri su basıb, “Opel” markalı minik avtomobili çaya düşüb və ehtimal edilir ki, bir nəfər nəqliyyat vasitəsində olub.

 

Bundan başqa, Alaverdi şəhərində su basmış evlər və tövlələr mövcuddur. İlkin məlumata görə, yaşlı kişi çaya düşüb, axtarış-xilasetmə işləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?