Modern.az

Gürcüstanda güclü yağışlar - Yollar, körpülər dağıldı

Gürcüstanda güclü yağışlar - Yollar, körpülər dağıldı

Dünya

26 May 2024, 15:14

Gürcüstanda güclü yağış fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, Gürcüstan hökumətinin Regionlarla Əlaqələr Departamentinin məlumatına görə, Mtsxeta-Mtianeti bölgəsində aramsız yağan yağışlar nəticəsində yaşayış evlərini, rayondaxili yolları, əkin sahələrini su basıb, körpülər və elektrik xətləri sıradan çıxıb, rayonlara elektrik enerjisinin verilişi dayandırılıb.

 

Həmçinin məcburi köçkünlərin məskunlaşdığı Tserovani, Tianeti və Duşeti bələdiyyələrinin inzibati vahidləri və Mtsxeti bələdiyyəsinin digər kəndlərində fəsalar qeydə alınıb.

 

Əlverişsiz hava şəraitinin yaratdığı problemlərin aradan qaldırılması üçün hazırkı mərhələdə bələdiyyələr səviyyəsində müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, təbii fəlakət nəticəsində dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?