Tailandda müxalifətçi nümayişçilər müvəqqəti hökumətə istefaya getmək üçün üç gün vaxt verib. Əks halda müxalifət baş naziri və bütün nazirləri həbs edəcəkləri ilə hədələyib. Modern. az saytı xarici KİV-ə istinadən bildirir ki, bu xəbərdarlığı hökumət əleyhinə keçirilən bugünkü mitinqdə liderlərdən biri Sutxep Txıaksuban edib. O həm də bəyan edib ki, bu gün xüsusi ayrılan nümayişçilər nazirlərin evlərini mühasirəyə alaraq Nazirlər Kabineti üzvlərinin su və işığını kəsəcəklər.
Modern.az