Almaniyanın “Der Spiegel” jurnalı İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raghad Hüseynin İraq Şam İslam Dövlətinə (İŞİD) maliyyə yardımı verdiyini iddia edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, xəbərdə İordaniyada lüks bir həyat yaşadığı bildirilən Hüseynin ikirəqəmli ədədlə milyonlarla dollarlıq sərvəti olduğu və bunun bir qismini İŞİD-əverdiyi iddia edilib. “Der Spiegel” şərqli diplomatlara istinadən yaydığı xəbərində BAAS rejiminin qisasını almaq istəyən Hüseynin hakimiyyətə gəlmək xəyali qurduğunu da irəli sürüb.
Modern.az