Modern.az

Mafiya başçısını qızıl tabutda dəfn etdilər - FOTOLAR

Mafiya başçısını qızıl tabutda dəfn etdilər - FOTOLAR

31 Avqust 2014, 20:23

İrlandiyada uşaqlarının və həyat yoldaşının gözləri qarşısında vurulan mafiya atası “Şişman” ləqəbli Harri Connors qızıl örtüklü tabutla torpağa verilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İrlandiyada evinin qarşısında öldürülən 45 yaşlı mafiya lideri paytaxt Dublinin cənubunda dəfn edilib. Connors 25 min funt-sterlinq (təxminən 45 min manat) dəyərində qızıl örtükül bir tabutun içində son mənzilə yola salınıb.

3 milyon sterlinlik malikanəsi olduğu bildirilən Connorsın qara pul qazanma işində tərəfdaşlıq etdiyi adam və ya rəqib mafiya tərəfindən öldürülə biləcəyi bildirilir. Connors ölkə miqyasında oğurlanan avtomobillərlə bağlı istintaq səbəbilə İrlandiya polisinin nəzarətində olub. Connorsın dəfn mərasimi zamanı mümkün ola biləcək yeni bir gərginlik səbəbi ilə fövqəladə təhlükəsizlik tədbirləri altında keçirilib.







Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir