Modern.az

“Qalatasaray” Türkiyə kubokunu da aldı

“Qalatasaray” Türkiyə kubokunu da aldı

Dünya

4 İyun 2015, 09:16



İstanbulun “Qalatasaray” klubu Türkiyə kubokunun finalında “Bursaspor”u məğlub edərək bu mövsümdə ikinci kubokunu qazanıb. Modern.az-ın verdiyi xəbərə görə, Bursada keçirilən final oyununda “Qalatasaray” rəqibinə 3:2 hesabı ilə qalib gəlib. İstanbul klubunun hər 3 qolunu hücumçu Burak Yılmaz (40, 48 və 61-ci dəqiqələrdə) vurub.
 Beləliklə, “Qalatasaray” 2014-2015-ci il mövsümündə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...