Ermənistan parlamentinin hakim Respublika Partiyasından olan deputatı, oliqarx Samvel Aleksanyan özünə məxsus “Natali Farm Malatia” tibb mərkəzinin damında helikopter meydançası tikdirmək qərarına gəlib. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, meydança təcili tibb mərkəzinə müalicə olunmaq üçün gətirilən xəstələrə xidmət məqsədilə tikiləcək.