Rusiyanın cənubunda 4,2 bal gücündə zəlzələ baş verib.
Modern.az-ın APA –ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Stavropol şəhərindən 28 km qərbdə, ocağı 80 km dərinlikdə yerləşib.Yerli vaxtla saat 20:47-də baş verən zəlzələ həmçinin Pyatiqorsk, Yessentuki şəhərləri və İnquşetiya Respublikasında hiss olunub.
Dağıntı və zərərçəkən yoxdur.
Modern.az