Modern.az xəbər verir ki, “Qanun” nəşriyyatı Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanını nəşr edib. İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilən roman Dostoyevskinin katorqadan qayıtdıqdan sonra yazdığı ikinci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır.
Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrının şedevri hesab eləyirlər. 636 səhifəlk romanı Beydulla Musayev tərcümə edib.