Modern.az

Ağsuda yanğın bir ailəni evsiz qoyub - VİDEO

Ağsuda yanğın bir ailəni evsiz qoyub - VİDEO

Aktual

20 Avqust 2016, 21:52

Ağsuda yanğın hadisəsi qeydə alınıb. 9 otaqlı fərdi yaşayış evi yanaraq külə dönüb. Modern.az saytı “Region TV”yə istinadən xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini 65 yaşlı Əkbər Şirinova məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Hadisə zamanı ümumi sahəsi 182 kvadratmetr olan 9 otaqlı və iki mərtəbəli fərdi yaşayış evi içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın barədə vaxtında məlumat verilmədiyi üçün ev tamamilə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Ev sahibi Əkbər Şirinov baş verənləri danışarkən göz yaşlarını saxlaya bilməyib: "Biz aşağıdakı evdə yatmışdıq, 2 nəvəm, bir də ikimiz. Gecə saat 4 radələrində gurultu səsi gəldi, şüşə sındı. Dedim ki, yəqin, bərk külək əsir. Çıxdım bayıra, gördüm ki, yuxarı mərtəbədən alov qalxır. Nə girmək mümkündür, nə də söndürmək. Balalarımın cehizləri, qızılları - hamısı yanıb. Bir dənə çöp də çıxara bilmədik. Əynimdəki qonşunun paltarıdır".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı