Modern.az

Bəşir Hacıyev: Kəlbəcərdə yenidənqurma işləri sürətlə davam etdirilir 

Bəşir Hacıyev: Kəlbəcərdə yenidənqurma işləri sürətlə davam etdirilir 

Qarabağ

Bu gün, 18:35

Kəlbəcər rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Laçın və Kəlbəcər: urbisiddən münaqişədən sonrakı yenidənqurmaya gedən yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib. 

Xüsusi nümayəndə vurğulayıb ki, rayon ərazisində mina hadisələri nəticəsində 8 nəfər həlak olub, 43 nəfər yaralanıb. 

Ümumilikdə Kəlbəcərdə bu hadisələr üzrə 51 nəfər zərərçəkən olub.

Azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış mühitinin yaradılması və qayıdış prosesinin sürətləndirilməsi məqsədilə Kəlbəcər şəhərinin birinci mərhələsi üzrə tikinti işləri tamamlanıb, yaşayış mənzilləri istifadəyə verilib”.

B.Hacıyev əlavə edib ki, hazırda şəhərin ikinci, üçüncü və dördüncü yaşayış məhəllələri üzrə layihələndirmə və ekspertiza işləri davam etdirilir. Eyni zamanda, rayonun bir sıra kəndləri üzrə layihə işləri tamamlanıb və ekspertiza mərhələsindədir, digər kəndlər üzrə isə layihələndirmə davam edir.

“Kəlbəcər şəhərində inzibati bina, 10,9 hektarlıq şəhər parkı, işğal və zəfər kompleksi, eləcə də müasir təhsil kompleksi üzrə işlər aparılır”, - deyə o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı