Modern.az

Hakim vəzifəsindən azad olunur - Gəncədə

Hakim vəzifəsindən azad olunur - Gəncədə

Parlament

Bu gün, 12:11

Gəncə Apellyasiya Məhkəməsinin bir hakimi vəzifədən azad edilir, digər apellyasiya instansiyalarına isə yeni təyinatlar olunur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin 26 mayda keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Sənədə əsasən, Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması təklif edilir.

Eyni zamanda Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi nəzərdə tutulur.

Şəki İnzibati Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu və Ağsu Rayon Məhkəməsinin hakimi Əsgərov Anar Əlifağa oğlunun vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin olunmaları təklif edilir.

Bundan başqa, Şəki İnzibati Məhkəməsinin hakimi Hacızadə Fəxri Hümmət oğlu və Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı