Modern.az

Masonlar bakılı reperə yüksək vəzifə verdi - FOTO

Masonlar bakılı reperə yüksək vəzifə verdi - FOTO

Diaspor

Bu gün, 16:57

Məşhur Azərbaycan əsilli Rusiya reperi David Nuriyev mason təşkilatlarından (joja) birində yüksək status əldə edib.

Modern.az xəbər verir ki, reperə Rusiyadakı mason lojasının “Möhtərəm Ustad” (“Dostojtimıy Master”) titulu verilib. Bildirilir ki, bu status onun təşkilat daxilindəki səlahiyyətlərini digər üzvlərlə müqayisədə daha da genişləndirib.

İddialara əsasən, qərar gizli cəmiyyətin bütün üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Qeyd edək ki, daha çox "Tsentr" rep qrupunda iştirakı ilə populyarlıq qazanan David Nuriyev daha çox “Ptaxa” və “Zanuda” səhnə adları ilə tanınıb. O, 10 iyun 1981-ci ildə Bakıda anadan olub. Reperin anası azərbaycanlı – İradə Xəlil qızı Nuriyevadır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV