Modern.az

ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı

ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı

Qərbi Azərbaycan

Bu gün, 14:08

ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına hazırlıq çərçivəsində ərazinin öyrənilməsi məqsədilə Ermənistana gəlib.

Modern.az xəbər verir ki, şirkətin nümayəndə heyəti ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Əməkdaşlıq Fondunun tapşırığı ilə Ermənistanda səfərdədir.

Məlumata görə, Ermənistanın baş nazir müavini Mher Qriqoryan AECOM nümayəndələri ilə görüş keçirib. Görüş zamanı layihə çərçivəsində aparılacaq işlər və gözlənilən nəticələr müzakirə olunub.

Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərdən biri kimi qiymətləndirilir.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?